Главная > Dünya > Maskın Trampın mitinqində çıxışından sonra “Trump Media”nın səhmləri yüksəlib

Maskın Trampın mitinqində çıxışından sonra “Trump Media”nın səhmləri yüksəlib


Dünən, 08:00. Разместил: azadses
ABŞ-da “X” sosial şəbəkənin sahibi İlon Maskın Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın mitinqində çıxışından sonra “Tramp Media”nın səhmləri “Nasdaq”da təxminən 15% artıb.

“Report” xəbər verir ki, ticarət başlayandan sonra “Trump Media & Technology Group Corp”un bir səhminin qiyməti 17,04-dən 19,6 dollara qədər yüksəlib.

Daha sonra kotirovkalara düzəlişlər edilib, hazırda bir səhmin qiyməti 18,15 dollardır.


Вернуться назад