Главная > Dünya > "Milton" fırtınası Meksika körfəzində qasırğa şiddətinədək güclənib

"Milton" fırtınası Meksika körfəzində qasırğa şiddətinədək güclənib


7-10-2024, 08:00. Разместил: azadses
"Milton" tropik fırtınası Meksika körfəzində güclənərək Saffir-Simpson şkalası üzrə 1-ci kateqoriyaya çatıb.

"Report"un xəbərinə görə, bu barədə ABŞ-nin Milli Qasırğa Mərkəzi məlumat yayıb.

Hazırda fırtına 9 km/saat sürətlə şərqə doğru irəliləyir. Qasırğa daxilində küləyin maksimal sürəti 36 m/s-ə çatır.

“Milton” Proqreso şəhərindən 465 km şimal-qərbdədir.


Вернуться назад