Главная > Dünya > BMT-nin Baş katibi Yaxın Şərqlə bağlı çağırış edib
BMT-nin Baş katibi Yaxın Şərqlə bağlı çağırış edib6-10-2024, 10:30. Разместил: azadses |
“Qlobal birlik ümidli qalmalı və Yaxın Şərqi bürüyən iztirablara son qoymağa çalışmalıdır”. “Report” xəbər verir ki, bunu BMT-nin Baş katibi Antonio Quterreş 2023-cü il oktyabrın 7-də Fələstinin HƏMAS silahlılarının İsrailə hücumunun ildönümünə həsr olunmuş müraciətində deyib. “Girovları azad etməyin, silahları yerə qoymağın, bölgəni bürüyən əzablara son qoymağın, sülhün, beynəlxalq hüququn və ədalətin vaxtı çatıb. Birləşmiş Millətlər Təşkilatı bu məqsədlərə nail olmağa tam sadiqdir. Gəlin itirilmiş həyatlara hörmət edək, ailələri birləşdirək və bütün Yaxın Şərqdə əzab və zorakılığa son verək, gəlin münaqişənin uzunmüddətli həllinə nail olmaq üçün səylərimizi davam etdirək ki, İsrail, Fələstin və regiondakı bütün digər ölkələr nəhayət bir-birinə hörmət edərək sülh və ləyaqət içində yaşaya bilsinlər”-deyə, o bildirib. Dünya təşkilatının rəhbəri həmçinin bildirib ki, “HƏMAS” Beynəlxalq Qızıl Xaç Komitəsinə Qəzza zolağında saxlanılan girovlara baş çəkməyə icazə verməlidir. Onun sözlərinə görə, bir il əvvəl dəhşətli hücumlardan sonra baş verən müharibə Qəzzada fələstinlilərə, indi də Livan xalqına həyatları məhv etməyə və dərin iztirablara səbəb olmağa davam edir. Вернуться назад |