Главная > Dünya > Britaniya Livandan 250 vətəndaşını təxliyə edib

Britaniya Livandan 250 vətəndaşını təxliyə edib


5-10-2024, 14:41. Разместил: azadses
Böyük Britaniya hökuməti çarter reysləri ilə Livandan 250 vətəndaşını təxliyə edib.

"Report"un Krallığın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, sonuncu - dördüncü reysin oktyabrın 6-da Beyrutdan uçması planlaşdırılır.

Xarici İşlər Nazirliyi ölkədə qalan britaniyalıları təcili olaraq əlaqə saxlamağa və bazar günü uçuşdan yararlanmağa çağırıb. "Tələb azaldığına görə əlavə uçuşlar həyata keçirmək planları yoxdur, lakin biz vəziyyəti yaxından izləməyə davam edəcəyik", - nazirlikdən bildirilib.


Вернуться назад