Главная > Dünya > Peru mətbuatında Azərbaycanın irəli sürdüyü “COP atəşkəsi” təşəbbüsündən bəhs edilib

Peru mətbuatında Azərbaycanın irəli sürdüyü “COP atəşkəsi” təşəbbüsündən bəhs edilib


4-10-2024, 13:00. Разместил: azadses
Perunun tanınmış və nüfuzlu mətbu orqanlarından biri olan “La República” qazetində “COP29 tərəfindən iqlim sammitləri zamanı “COP atəşkəsi” təşəbbüsü irəli sürülüb” adlı məqalə dərc olunub.

Bu barədə "Report"a Azərbaycanın Meksikadakı səfirliyindən bildirilib.

Məqalədə ölkəmizdə keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Azərbaycan Sədrliyi tərəfindən “COP atəşkəsi” təşəbbüsü haqqında məlumat verilir.

Məqalədə Azərbaycan tərəfindən irəli sürülən “COP atəşkəsi” təşəbbüsün COP29 daxil olmaqla bir həftə öncə və bir həftə sonrakı dövr üçün qlobal müstəvidə atəşkəsə riayət olunmasının nəzərdə tutulduğu vurğulanır. Həmçinin Azərbaycanın “COP atəşkəsi” təşəbbüsünün Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) üzv olan ölkələrə göndərildiyi və tərəflərin bu təşəbbüsə müsbət reaksiyalar verdiyi bildirilir.


Вернуться назад