Главная > Dünya > Van İ: Çin və Rusiya çoxqütblü dünyanın formalaşmasına kömək edəcəklər

Van İ: Çin və Rusiya çoxqütblü dünyanın formalaşmasına kömək edəcəklər


Dünən, 16:19. Разместил: azadses
Çin Rusiya ilə birlikdə beynəlxalq arenada ədaləti müdafiə etməklə yanaşı çoxqütblü dünyanın formalaşmasına kömək edəcəklər.

“Report” xəbər verir ki, bunu Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü, Çin Xalq Respublikasının xarici işlər naziri Vanq İ deyib.

Onun sözlərinə görə, insan taleyi icması konsepsiyasını ilk həyata keçirən Çin və Rusiya hegemonizm, təktərəflilik və güc siyasətinə qarşı çıxan qüvvədirlər.

Diplomat əlavə edib ki, Moskva və Pekin suverenlik, təhlükəsizlik və inkişaf məsələlərində bir-birini güclü şəkildə dəstəkləyəcək, siyasi mübadilələri gücləndirəcək.


Вернуться назад