Главная > Dünya > Norveç XİN ölkə vətəndaşlarını İranı tərk etməyə çağırıb

Norveç XİN ölkə vətəndaşlarını İranı tərk etməyə çağırıb


Dünən, 10:30. Разместил: azadses
Norveç Xarici İşlər Nazirliyi Yaxın Şərqdə vəziyyətin pisləşməsi fonunda ölkə vətəndaşlarını İranı tərk etməyə çağırıb.

“Report” xəbər verir ki, bu barədə Norveç XİN-in bəyanatında deyilir.

“Çox gözlənilməz təhlükəsizlik vəziyyətinə görə, Xarici İşlər Nazirliyi bu gün İran üçün səyahət tövsiyələrini sərtləşdirir və Norveç vətəndaşlarını ölkəni tərk etməyə çağırır”, - deyə bəyanatda qeyd edilib.

Qeyd olunub ki, qısa müddətdə İranın hava məkanı bağlana və uçuşlar ləğv edilə bilər.
Вернуться назад