Главная > Dünya > Tonqo sahillərində 6,6 maqnitudalı zəlzələ olub
Tonqo sahillərində 6,6 maqnitudalı zəlzələ olub2-10-2024, 13:00. Разместил: azadses |
Tonqo Krallığı ərazisində 6,6 maqnitudalı zəlzələ qeydə alınıb. "Report"un xəbərinə görə, bu barədə ABŞ-nin Geoloji Xidməti məlumat yayıb. Məlumata görə, yeraltı təkanların episentri 22,4 min nəfərə yaxın insanın yaşadığı paytaxt Nukualofa şəhərindən 609 km cənub-qərbdə, zəlzələ ocağı 10 km dərinlikdə yerləşib. Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb. Вернуться назад |