Главная > Dünya > Quterreş Kiprin türk və yunan liderləri ilə görüşəcək

Quterreş Kiprin türk və yunan liderləri ilə görüşəcək


1-10-2024, 08:00. Разместил: azadses
BMT-nin Baş katibi Antonio Quterreş Kipr probleminin həlli istiqamətində addımların atılması üçün adanın türk və yunan liderləri – Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar və Kipr Respublikasının Prezidenti Nikos Xristodulidislə görüşəcək.

“Report”un ABŞ bürosu xəbər verir ki, bunu dünya təşkilatının sözçüsü Stefan Düjarrik jurnalistlərə açıqlayıb.

Görüş BMT-nin mənzil-qərargahında baş tutacaq: “Baş katib Kipr məsələsində irəliləyiş yolunda müzakirələr aparmaq üçün tərəfləri qeyri-rəsmi üçtərəfli müzakirələrə dəvət edib”.

Sözçü üçlü görüşün oktyabr ayında baş tutacağını və konkret tarixinin hələ dəqiqləşmədiyini qeyd edib. O, hər iki ölkə liderinə Baş katibin razılığa gəlmə istiqamərində təklifini qəbul etməsini yüksək qiymətləndirdiyini bildirib və təşəkkür edib.


Вернуться назад