Главная > Dünya > KİV: İsrail “Hizbullah” liderini vurmaq üçün Amerika bombalarından istifadə edə bilərdi

KİV: İsrail “Hizbullah” liderini vurmaq üçün Amerika bombalarından istifadə edə bilərdi


30-09-2024, 10:30. Разместил: azadses
İsrail ordusu Livanda “Hizbullah” təşkilatının baş katibi Həsən Nəsrullahı məhv etmək üçün 2000 funt (907 kiloqram) Amerika istehsalı bombalardan istifadə edə bilərdi.

“Report” xəbər verir ki, bu barədə “The Washington Post” (WP) hərbçilərin yaydığı hava hücumlarının videolarını tədqiq edən analitiklərə istinadən yazıb.

Onlar bildiriblər ki, Nəsrullahın olduğu qərargahın dağıdılmasına dair görüntülərdə ən azı 16 ədəd 2000 funtluq bomba daşıyan səkkiz F-15 qırıcı təyyarəsi göstərilib.

ABŞ ordusunun partlayıcı maddələrin zərərsizləşdirilməsi üzrə keçmiş mütəxəssisi belə bombaların qalınlığı 1,8 metrə qədər olan dəmir-beton döşəmələrə nüfuz edə biləcəyini söyləyib.

“Vurğulanıb ki, onlarla döyüş sursatı saniyələr ərzində çox yüksək dəqiqliklə hədəfi vurub və bu, belə dərinliklərdə yeraltı obyektləri məhv etmək üçün tələb olunanların bir hissəsidir”.

Amerika rəsmiləri “WP”yə yəhudi dövlətindən gözlənilən hücumla bağlı heç bir xəbərdarlıq almadıqlarını bildiriblər.


Вернуться назад