Главная > Dünya > İsrail “Hizbullah” komandirlərinin öldürüldüyünü açıqlayıb

İsrail “Hizbullah” komandirlərinin öldürüldüyünü açıqlayıb


28-09-2024, 10:30. Разместил: azadses
İsrail Müdafiə Qüvvələri “Hizbullah” hərəkatının raket bölməsinin komandiri Məhəmməd Əli İsmayıl və onun müavini Hüseyn Əhməd İsmayılın öldürüldüyünü bəyan edib.

“Report” xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidmətinin bəyanatında deyilir.

Qeyd olunub ki, Livanın cənubuna endirilən aviazərbələr nəticəsində həmçinin digər “Hizbullah” komandirləri və yaraqlıları da zərərsizləşdirilib.

Vurğulanıb ki, Məhəmməd Əli İsmayıl çərşənbə günü İsrail ərazisinə raketlərin buraxılması, ölkənin mərkəzinə yer-yer tipli raketinin atılması da daxil olmaqla, çoxsaylı terror hücumlarının idarə edilməsinə məsul olub.
Вернуться назад