Главная > Dünya > Tayvan sahillərinə Çinin 41 uçuş aparatı və 6 gəmisinin yaxınlaşmasını qeydə alıb

Tayvan sahillərinə Çinin 41 uçuş aparatı və 6 gəmisinin yaxınlaşmasını qeydə alıb


Dünən, 12:10. Разместил: azadses
Tayvanın Silahlı Qüvvələri gün ərzində adaya Çin Xalq Azadlıq Ordusunun 41 uçuş aparatının və 6 gəmisinin yaxınlaşdığını qeydə alıb.

“Report” xəbər verir ki, bu barədə adanın Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilir ki, 32 uçuş aparatı Tayvan boğazının orta xəttini keçib, adanın şimal, mərkəzi, cənub-qərb və şərq hissələrində hava hücumundan müdafiə zonasına daxil olub. Tayvan Ordusu cavab olaraq hədəfləri izləmək üçün aviasiyanı, gəmiləri və yerüstü zenit raket sistemlərini işə salıb.


Вернуться назад