Главная > Dünya > Meksikada “Con” qasırğası 5 nəfərin ölümünə səbəb olub
Meksikada “Con” qasırğası 5 nəfərin ölümünə səbəb olub27-09-2024, 09:42. Разместил: azadses |
Meksikanın Gerrero əyalətində “Con” qasırğasının fəsadları nəticəsində 5 nəfər ölüb. "Report"un xarici KİV-ə istinadən verdiyi məlumata görə, bunu respublika Prezidenti Andres Manuel Lopes Obrador gündəlik mətbuat konfransında deyib. "Təkcə Akapulkoda deyil, Gerrero ştatının bütün sahillərində baş verənlər barədə hesabatım var. Xoşbəxtlikdən böyük dağıntılar olmadı. Kosta Çika bölgəsində dörd nəfər, digəri Akapulkoda ölüb. Hazırda cəmi beş ölüm qeydə alınıb", - Lopes Obrador deyib. Meteoroloji Xidmətin məlumatına görə, “Con” qasırğası 2-ci kateqoriyaya çevrilərək sentyabrın 26-da axşam saatlarında yenidən Meksika sahillərini vura bilər. Вернуться назад |