Главная > Dünya > İsrailin Hərbi Hava Qüvvələri "Hizbullah"ın 220 hədəfinə hücum edib
İsrailin Hərbi Hava Qüvvələri "Hizbullah"ın 220 hədəfinə hücum edib27-09-2024, 08:54. Разместил: azadses |
İsrailin Hərbi Hava Qüvvələri Livanda radikal "Hizbullah" hərəkatının 220 hərbi hədəfinə hücum edib. “Report” xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidməti məlumat yayıb. İsrail hərbçiləri zərbə endirilən hədəflər arasında "terror obyektləri", "İsrail ərazisini atəşə tutmaq üçün istifadə olunan buraxılış qurğuları", raket, silah anbarları və silahlı radikalların adlarını sadalayıblar. "İsrailin Müdafiə Ordusu “Hizbullah”ın terror potensialını zəiflətmək və məhv etmək üçün fəaliyyətini davam etdirir", - ordudan bildirilib. Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də HƏMAS İsrailin nəzarətində olan ərazilərə hücum edib. Buna cavab olaraq İsrail ordusu Qəzzada hərbi əməliyyatlara başlayıb. Вернуться назад |