Главная > Dünya > Polşada daşqınlar nəticəsində azı 9 nəfər ölüb

Polşada daşqınlar nəticəsində azı 9 nəfər ölüb


Dünən, 08:00. Разместил: azadses
Polşanın cənub və qərbində daşqınlar nəticəsində ölənlərin sayı 9 nəfərə çatıb.

“Report” yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.

Daşqından sonra Klodzko və Nyski rayonlarında iki meyit aşkarlanıb.

Hazırda ölənlərin şəxsiyyəti müəyyənləşdirilir.

Qeyd edək ki, leysan səbəbindən Polşanın cənubunda çaylar öz məcrasından çıxıb, bir sıra yaşayış məntəqələri su altında qalıb, xəsarət alanlar var. Polşa hökuməti daşqından zərər çəkmiş ərazilərdə təbii fəlakət rejimi tətbiq edib.


Вернуться назад