Главная > Dünya > Kaliforniyada məhkəmə binasında baş vermiş partlayışda 2 nəfər yaralanıb

Kaliforniyada məhkəmə binasında baş vermiş partlayışda 2 nəfər yaralanıb


Dünən, 12:10. Разместил: azadses
Kaliforniya ştatının Santa-Barbara dairəsində Santa-Mariya şəhər məhkəməsinin binasında partlayış baş verib, nəticədə iki nəfər xəsarət alıb.

“Report” “Associated Press”ə istinadən xəbər verir ki, bu barədə dairə şerifi Rakel Zik “X” sosial şəbəkəsində bildirib.

“25 sentyabr 2024-cü il tarixində, yerli vaxtla təxminən səhər saat 8:45-də (Bakı vaxtı ilə 19:45) Santa-Mariya şəhər məhkəməsinin binasında naməlum partlayıcı qurğunun partlaması baş verib. Hadisə sonucunda iki nəfər orta ağırlıqlı xəsarət alıb. Onların həyatı üçün təhlükə yoxdur”, – məlumatda diqqətə çatdırılıb.

Qeyd olunub ki, partlayışdan dərhal sonra hüquq-mühafizə orqanları əməkdaşları şübhəli şəxsi saxlayıblar, onun şəxsiyyəti hələlik istintaqın maraqları naminə açıqlanmır. Şahidlərin sözlərinə görə, cinayətkar özünü qeyri-adekvat aparıb və məhkəmə icraçıları və polis əməkdaşları onu saxlamağa çalışarkən qışqırıb. Cinayətkarın motivləri və məqsədləri hələ məlum deyil.

Məhkəmə binasında təxliyə aparılıb, bütün məhkəmə iclasları qeyri-müəyyən müddətə təxirə salınıb.


Вернуться назад