Главная > Dünya > Serbiya Prezidenti: Dünya nüvə fəlakətinin astanasındadır

Serbiya Prezidenti: Dünya nüvə fəlakətinin astanasındadır


25-09-2024, 14:03. Разместил: azadses
Serbiya Prezidenti Aleksandr Vuçiç ölkə liderlərinə müraciət edərək dünyanın nüvə fəlakətinin astanasında olduğu barədə xəbərdarlıq edib.

“Report” xəbər verir ki, bunu Serbiyanın dövlət başçısı Nyu-Yorkda BMT Baş Assambleyasının 79-cu sessiyasında ümumi siyasi müzakirələr çərçivəsində tribunadan çıxışı zamanı deyib.

“Bu, tamamilə inanılmaz görünür, lakin dünya nüvə fəlakətinin və nüvə Holokostunun astanasındadır. Biz elə bir dünyada yaşayırıq ki, heç kim, heç kimin sözünə qulaq asmır. Biz dialoq qurmalıyıq, razılaşma olmayanda belə, BMT-nin sarsıdılmış nüfuzunu bərpa etməliyik. İkili standartlar praktikasına son qoyulmalıdır”, - deyə o qeyd edib.


Вернуться назад