Главная > Dünya > ADB 2024-cü və 2025-ci illər üçün Azərbaycan üzrə inflyasiya proqnozunu əhəmiyyətli dərəcədə azaldıb

ADB 2024-cü və 2025-ci illər üçün Azərbaycan üzrə inflyasiya proqnozunu əhəmiyyətli dərəcədə azaldıb


25-09-2024, 12:19. Разместил: azadses
Asiya İnkişaf Bankı (ADB) Azərbaycanda orta illik inflyasiya tempinin 2024-cü il üçün 2,1 %, 2025-ci il üçün isə 3,8 % səviyyəsində proqnozlaşdırıb.

Bu barədə “Report “ADB-nin bu gün açıqlanan "Asiyanın İnkişaf Perspektivləri" (ADO) hesabatının sentyabr sayına istinadən xəbər verir.

Əvvəlki aprel hesabatında inflyasiya gözləntiləri müvafiq olaraq 5,5 % və 6,5 % səviyyəsində idi.

ADB hesab edir ki, davam edən sərt pul-kredit siyasətinin təsirləri inflyasiyanın azalmasına kömək edib.

“Qlobal əmtəə qiymətlərinin artımının yavaşlaması və Azərbaycanın əsas ticarət tərəfdaşlarında inflyasiyanın azalması, yüksək faiz dərəcələri ilə birlikdə orta illik inflyasiya səviyyəsini 2023-cü ilin birinci yarısındakı 12,7 %-dən bir il sonra 0,7 %-ə endirdi.

Ərzaq qiymətləri 0,6 % azalıb, lakin digər mallarda 1,2 %, xidmətlərdə isə 2,4 % artıb", - hesabatda qeyd olunub.

İnflyasiyanın azalması ilə Azərbaycan Mərkəzi Bankı 2024-cü ilin yanvar ayından iyul ayına qədər dörd mərhələdə əsas faiz dərəcəsini 7,75 %-dən 7,25 %-ə endirib.

Hesabat müəlliflərinin qeyd etdiyi kimi, iyun ayının sonundan yanacağın inzibati qiymətlərinin artırılmasının 2024-cü ilin ikinci yarısında inflyasiyanın artmasına səbəb olacağı gözlənilsə də, ilin birinci yarısında çox aşağı inflyasiyanı nəzərə alaraq illik inflyasiya səviyyəsinin əvvəllər proqnozlaşdırılandan aşağı olacağı gözlənilir. Müvafiq olaraq, ADO-nun aprel sayına nisbətən 2024-cü və 2025-ci illər üçün inflyasiya proqnozları aşağı salınıb.

Xatırladaq ki, 2023-cü ildə Azərbaycanda orta illik inflyasiya 8,8 % təşkil edib.

Hökumətin proqnozlarına görə, Azərbaycanda inflyasiya 2024-cü ildə 2,7 %, 2025-ci ildə isə 4,6 % təşkil edir.


Вернуться назад