Главная > Dünya > Politico: ABŞ İraqdan qoşunların çıxarılması planlarını elan edəcək

Politico: ABŞ İraqdan qoşunların çıxarılması planlarını elan edəcək


21-09-2024, 11:17. Разместил: azadses
ABŞ gələn həftə İraqdan Amerika hərbi kontingentinin çıxarılması planlarını elan etməyi planlaşdırır.

“Report” xəbər verir ki, bu barədə “Politico” qəzeti Amerika administrasiyasındakı mənbələrə istinadən məlumat verib.

Nəşrə görə, Amerika qoşunlarının çıxarılması planının razılaşdırılması “son mərhələdədir”. Çıxarılma qərarı BMT Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Nyu-Yorkda ABŞ və İraq nümayəndələrinin görüşündən sonra açıqlana bilər.

“Politico” qeyd edib ki, İraq iqtidarı 2026-cı ilin sonunadək ölkədən 2,5 min Amerika hərbçisinin çıxarılmasına ümid edir.

Daha əvvəl İraqın Baş naziri Məhəmməd əs-Sudani “Bloomberg” agentliyinə müsahibəsində bildirmişdi ki, artıq ölkədə ABŞ qoşunlarının qalmasına ehtiyac yoxdur və yaxın vaxtlarda onların çıxarılması qrafiki elan ediləcək. Əs-Sudaninin sözlərinə görə, İraq qoşunlarının ölkə ərazisində İŞİD qalıqlarına qarşı birgə Amerika-İraq reydlərində uğurlu iştirakı İraq təhlükəsizlik qüvvələrinin terror qruplaşması ilə müstəqil mübarizə aparmaq qabiliyyətində olduğunu təsdiqləyir. Bununla yanaşı, Baş nazir əmindir ki, qoşunların çıxarılmasından sonra da İraq və ABŞ təhlükəsizlik və iqtisadiyyat sahəsində əməkdaşlığı davam etdirəcəklər.
Вернуться назад