Главная > Dünya > Qərb Kiyevə ABŞ olmadan 44,48 milyard dollar kredit verə bilər

Qərb Kiyevə ABŞ olmadan 44,48 milyard dollar kredit verə bilər


17-09-2024, 08:53. Разместил: azadses
Avropa İttifaqı, ABŞ-ın iştirakından asılı olmayaraq, 2024-cü ilin sonuna qədər Ukraynaya təxminən 44,48 milyard dollarlıq yeni kredit verməyə razılaşıb.

“Report” xəbər verir ki, bu barədə “Financial Times” üç avropalı məmura istinadən məlumat yayıb.

Qeyd olunub ki, belə birtərəfli addım Brüsselin Budapeştin ABŞ-ın Rusiyaya dondurulmuş aktivləri ilə kreditin ödənilməsində iştirak etmək üçün lazım olan zəmanətləri verməyə mane olacağı qorxusu fonunda atıla bilər.

Vurğulanıb ki, Orban (Macarıstanın Baş naziri Viktor Orban – Qeyd) hökuməti qərarını ABŞ prezident seçkilərinə qədər təxirə salmağa çalışır, lakin Aİ yardımın 2024-cü ilin sonuna qədər Kiyevə çatmasını təmin etmək üçün indidən alternativ hazırlamalıdır.

Qəzetin dərc etdiyi layihədə deyilir: “Təklifi təcili olaraq oktyabrın sonuna qədər qəbul etmək vacibdir. Çünki, bunun sayəsində birlik krediti 2024-cü ilin sonuna qədər verə biləcək”.

Digər tərəfdən yeni kreditin ayrılması yardımın genişləndirilməsi kimi qiymətləndiriləcək və bunun üçün Macarıstanın vetosu əhəmiyyət kəsb etməyəcək. Nəticədə yekdil səs deyil, Aİ-yə üzv ölkələrin əksəriyyətinin dəstəyi tələb olunacaq.


Вернуться назад