Главная > Dünya > Misirdə iki sərnişin qatarı toqquşub, ölənlər və yaralılar var

Misirdə iki sərnişin qatarı toqquşub, ölənlər və yaralılar var


15-09-2024, 13:01. Разместил: azadses
Misirin şimalındakı Şarkiyak vilayətinin Zəkazık şəhərində iki sərnişin qatarının toqquşması nəticəsində azı 3 nəfər ölüb, 49 nəfər yaralanıb.

Bu barədə “Report” “Reuters”ə istinadən xəbər verir.

Misirin Səhiyyə Nazirliyi bildirib ki, hadisə yerinə 39 təcili tibbi yardım maşını göndərilib. Vurğulanıb ki, qəzada yaralanan 44 nəfərin vəziyyəti stabil qiymətləndirilir və ərazidə xilasetmə işləri davam edir.

Qeyd edək ki, artıq qəzanın səbəblərini araşdıracaq xüsusi komissiya yaradılıb.


Вернуться назад