Главная > Dünya > Türkiyədə mikroavtobus qəzaya uğrayıb, xəsarət alanlar var

Türkiyədə mikroavtobus qəzaya uğrayıb, xəsarət alanlar var


14-09-2024, 14:00. Разместил: azadses
Türkiyənin Kocaeli şəhərində xidməti mikroavtobus minik avtomobili ilə toqquşaraq aşıb.

Bu barədə “Report” “Haber Global”a istinadən xəbər verir.

Məlumata görə, Başiskele rayonunda qeydə alınan qəza nəticəsində ümumilikdə 7 nəfər yaralanıb, onlardan 5-i işçilər, digərləri sürücülərdir.

Hadisə yerinə təcili yardım, polis və yanğınsöndürənlər cəlb edilib. Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.

Qəza səbəbindən yol bir saat bağlanıb.

Hadisə ilə bağlı təhqiqata başlanılıb.


Вернуться назад