Главная > Dünya > ABŞ Rumıniyaya F-35 qırıcılarının satışını təsdiqləyib

ABŞ Rumıniyaya F-35 qırıcılarının satışını təsdiqləyib


14-09-2024, 13:04. Разместил: azadses
ABŞ Dövlət Departamenti cümə günü Rumıniyaya 7,2 milyard dollar dəyərində beşinci nəsil F-35 qırıcı təyyarələrinin və avadanlıqlarının satışını təsdiqləyib.

"Report"un xəbərinə görə, bu barədə Pentaqonun mətbuat xidməti məlumat yayıb.

"Dövlət Departamenti Rumıniya hökumətinə 7,2 milyard dollar məbləğində F-35 təyyarələri və müvafiq avadanlıqların mümkün xarici hərbi satışını təsdiqləmək qərarına gəlib", - məlumatda deyilir.

Qeyd olunur ki, Rumıniya hökuməti onlar üçün 32 ədəd “F-35A Lightning II” qırıcısı və biri ehtiyat da daxil olmaqla 33 mühərrik almaq niyyətindədir.


Вернуться назад