Главная > Dünya > Türkiyədə ağır yol qəzası olub, 1 nəfər ölüb, 13 nəfər yaralanıb

Türkiyədə ağır yol qəzası olub, 1 nəfər ölüb, 13 nəfər yaralanıb


12-09-2024, 18:10. Разместил: azadses
Türkiyənin Malatya şəhərində işçiləri daşıyan maşınla minik avtomobili toqquşub.

“Report” “Habertürk”ə istinadən xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb, 13 nəfər yaralanıb. Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.

Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub.

Qəza ilə bağlı araşdırmalar başlanılıb.


Вернуться назад