Главная > Dünya > “Yaqi” tayfunu nəticəsində ölənlərin sayı 197 nəfərə çatıb

“Yaqi” tayfunu nəticəsində ölənlərin sayı 197 nəfərə çatıb


12-09-2024, 17:19. Разместил: azadses
Vyetnamın bir sıra şimal əyalətlərində “Yaqi” supertayfununun səbəb olduğu güclü daşqınlar nəticəsində ölənlərin sayı 197 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə Vyetnamın Kənd Təsərrüfatı və Kənd İnkişafı Nazirliyi açıqlama yayıb.

Bundan başqa, təbii fəlakət nəticəsində 128 nəfər itkin düşüb.

Qeyd edək ki, “Yaqi” supertayfununun yaratdığı daşqınlar 188 min hektardan çox əkin sahəsinə ziyan vurub, həmçinin 1,1 min baş iribuynuzlu mal-qara və 680 min ev quşu tələf olub.

Vyetnam Təbii Fəlakətlərə Qarşı Mübarizə və Axtarış və Xilasetmə Milli Komitəsinin məlumatına görə, tayfun son 30 ildə ölkəni cənginə alan ən güclü tayfun olub. Təbii fəlakət binaların, infrastrukturun geniş miqyasda dağılmasına, kənd təsərrüfatına yararlı torpaqların böyük hissəsinə ziyan dəyməsinə səbəb olub.


Вернуться назад