Главная > Dünya > Maduro: Tramp-Harris debatı Amerika elitasının tənəzzülünü göstərir

Maduro: Tramp-Harris debatı Amerika elitasının tənəzzülünü göstərir


12-09-2024, 10:30. Разместил: azadses
ABŞ prezidentliyinə namizədlər Donald Tramp və Kamala Harris arasında teledebat Amerika elitasının tənəzzülünü nümayiş etdirdi.

“Report” xəbər verir ki, bu açıqlama ilə Venesuela rəhbəri Nikolas Maduro çıxış edib.

“Debat bir daha Amerika elitasının siyasi, psixoloji və mənəvi durumunu göstərdi. Onlar tam tənəzzül vəziyyətindədirlər. Mən deyərdim ki, sürətləndirilib. Debat zamanı toxunulan mövzuları, deyilənləri, bu namizədlərin keyfiyyətini təhlil etsək onların XXI əsrə, dünya xalqlarının arzularına heç bir aidiyyəti olmadığı aydın olar. O cümlədən ABŞ xalqının arzuları: başqalarına hörmət edən firavan ölkədə yaşamaq”, - deyə o qeyd edib.


Вернуться назад