Главная > Dünya > Argentina parlamenti pensiya ilə bağlı qanuna veto qoya bilməyib

Argentina parlamenti pensiya ilə bağlı qanuna veto qoya bilməyib


12-09-2024, 09:42. Разместил: azadses
Argentinada pensiyaların artırılması ilə bağlı qanun layihəsinin tərəfdarları parlamentin Deputatlar Palatasında (aşağı palata) prezident Xavyer Maylinin vetosunu ləğv etmək üçün lazımi sayda səs toplaya bilməyiblər.

“Report” xəbər verir ki, qanun layihəsinin qüvvədə saxlanılmasının lehinə 153 deputat, əleyhinə 87 deputat səs verib, 8 deputat bitərəf qalıb.

Prezidentin vetosunu ləğv etmək üçün təşəbbüs parlamentin hər iki palatasında qanunvericilərin üçdə ikisi tərəfindən dəstəklənməli idi. Qanun layihəsində xüsusilə pensiyaların təxminən 7 faiz artırılması nəzərdə tutulurdu. Bu gün Argentinada minimum pensiya təxminən 235 min peso (237 dollar) təşkil edir.


Вернуться назад