Главная > Dünya > ABŞ-nin İraqdakı səfirliyinə məxsus obyektdə partlayış baş verib

ABŞ-nin İraqdakı səfirliyinə məxsus obyektdə partlayış baş verib


Bu gün, 09:42. Разместил: azadses
ABŞ-nin İraqdakı səfirliyinə məxsus loqistika mərkəzində partlayış baş verib.

“Report”un xəbərinə görə, bu barədə “Shafaq News” portalı məlumat yayıb.

Yerli güc strukturlarındakı mənbə bildirib ki, hadisənin baş verdiyi obyekt Bağdadın beynəlxalq hava limanının yaxınlığında yerləşir. Digər partlayış hava limanının yaxınlığında yerləşən Terrorla Mübarizə İdarəsinin qərargahından birinin yaxınlığında olub.

Hələlik partlayışların səbəbləri barədə məlumat verilmir. Zərərçəkənlərin olub-olmadığı bildirilmir.


Вернуться назад