Главная > Dünya > ABŞ-də hava limanında iki təyyarə toqquşub

ABŞ-də hava limanında iki təyyarə toqquşub


Bu gün, 08:00. Разместил: azadses
ABŞ-nin “Delta AirLines” aviaşirkətinin “Airbus A350” təyyarəsi “Atlanta” hava limanında uçuş-enmə zolağına enərkən “Endeavour Air CRJ-9002" təyyarəsinə çırpılıb, hər iki təyyarə zədələnib.

Bu barədə "Report" "Delta Air Lines" aviaşirkətinin mətbuat xidmətinə istinadən xəbər verir.

"Uçuşa hazırlaşan “Airbus A350” təyyarəsinin qanadı Atlantadadan Tokio Beynəlxalq Hava Limanına uçuşa hazırlaşan “Endeavor Air CRJ-900” təyyarəsi ilə toqquşub", - məlumatda deyilir.

Aviaşirkətin məlumatına görə, xəsarət alan yoxdur. Sərnişinlər hava limanının terminalına geri göndərilib, onlardan digər reyslərlə uçmaları təklif olunacaq.


Вернуться назад