Главная > Dünya > KİV: Qəzza zolağındakı Xan Yunis şəhərinə edilmiş hücumda 40-dan çox adam həlak olub

KİV: Qəzza zolağındakı Xan Yunis şəhərinə edilmiş hücumda 40-dan çox adam həlak olub


Dünən, 13:58. Разместил: azadses
İsrailin Qəzza zolağının cənubundakı Xan Yunisdəki fələstinli qaçqın düşərgəsinə endirdiyi hava zərbəsi nəticəsində 40-dan çox adam ölüb, 65 nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə Livanın “Al Mayadeen” telekanalı məlumat yayıb.

Onun məlumatına görə, partlayış yerində dağıntıların təmizlənməsi davam edir və qurbanların sayı arta bilər.

Daha əvvəl İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti hərbçilərin Xan Yunisdəki humanitar zonanın ortasında yerləşən qərargahda olan radikal Fələstinin HƏMAS hərəkatının yüksək ranqlı bir qrup fəalına zərbə endirdiyini açıqlamışdı.


Вернуться назад