Главная > Dünya > Sudanda artilleriya zərbələri nəticəsində onlarla insan həlak olub

Sudanda artilleriya zərbələri nəticəsində onlarla insan həlak olub


9-09-2024, 16:20. Разместил: azadses
Çevik Reaksiya Qüvvələrinin Sudanın mərkəzindəki Sinnar qəsəbəsinə endirdiyi artilleriya zərbələri nəticəsində azı 20 nəfər ölüb, 70-dən çox adam yaralanıb.

“Report”un məlumatına görə, bu barədə "Sinxua" agentliyi yerli təşkilatlara istinadən xəbər verir.

“Sinnar Gənclik Dərnəyi” bildirib ki, ordu qüvvələrinin şəhər bazarına və Əl-Muvazafin bölgəsinə ayrı-seçkilik etmədən hücum həyata keçirib, 20 nəfər ölüb və 100-dən çox insanın yaralanıb.

Bu arada “Sudan həkimləri” qeyri-hökumət təşkilatı Çevik Reaksiya Qüvvələrinin atəşi nəticəsində 21 nəfərin öldüyünü, 70-dən çox insanın yaralandığını bildirib və hücumu silahsız mülki əhalinin qırğını adlandırıb.


Вернуться назад