Главная > Dünya > Moskvadan İstanbula uçan “Pegasus”un təyyarəsi Varşavada təcili eniş edib

Moskvadan İstanbula uçan “Pegasus”un təyyarəsi Varşavada təcili eniş edib


9-09-2024, 13:53. Разместил: azadses
Moskva-İstanbul marşrutu üzrə “PC389” reysini yerinə yetirən “Airbus A320” təyyarəsi Varşava hava limanına planlaşdırılmamış eniş edib.

“Report” xəbər verir ki, bu barədə “Flightradar24” xidməti məlumat yayıb.

Qeyd olunub ki, təyyarə Türkiyənin “Pegasus” aviaşirkətinə məxsusdur. Sentyabrın 8-də Bakı vaxtı ilə saat 20:58-də Vnukovo hava limanından havaya qalxan təyyarə Bakı vaxtı ilə saat 22:57-də Varşavanın Frederik Şopen Beynəlxalq Hava Limanına enib.

Təcili enişin təfərrüatları hələlik açıqlanmayıb.


Вернуться назад