Главная > Dünya > Rusiya XİN: ABŞ NATO-nun təsirini Latın Amerikasına genişləndirmək üçün səylərini artırıb

Rusiya XİN: ABŞ NATO-nun təsirini Latın Amerikasına genişləndirmək üçün səylərini artırıb


9-09-2024, 10:29. Разместил: azadses
“Rusiya ABŞ və onun NATO müttəfiqlərinin Şimali Atlantika Müqaviləsi Təşkilatının təsirini Latın Amerikasına genişləndirmək cəhdlərinin artdığını qeydə alır”.

“Report” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Latın Amerikası Departamentinin direktoru Aleksandr Şetinin “İzvestiya”ya müsahibəsində bildirib.

“Biz Vaşinqtonun və onun NATO müttəfiqlərinin bu alyansın təsirini Avro-Atlantik regiondan kənara, o cümlədən Latın Amerikasına da genişləndirmək cəhdlərinin güclənməsini qeyd edirik”, - deyə Şetinin vurğulayıb.

Diplomat, təhlükəsizlik qüvvələrinin islahatlarına yardım, ixtisaslaşmış mütəxəssislərin hazırlanması və Qərb modellərinin alınmasına diqqət yetirməklə yenidən silahlanma, habelə birgə hərbi təlim fəaliyyətlərinin daxil olduğu NATO proqramlarını xatırladıb:

“Amerika hərbçilərinin Latın Amerikası ölkələrinin siyasi və iqtisadi gündəliyinin formalaşmasına təsir göstərməyə çalışmaq istəyi açıq-aşkar görünür. Bu prosesin ən fəal iştirakçılarından biri də ABŞ Cənub Komandanlığının komandanı, dördulduzlu general Lora Riçardsondur”.


Вернуться назад