Главная > Dünya > Çin ABŞ-ın seçkilərə müdaxilə ilə bağlı iddialarını rədd edib

Çin ABŞ-ın seçkilərə müdaxilə ilə bağlı iddialarını rədd edib


7-09-2024, 13:03. Разместил: azadses
Çin ABŞ-ın Pekinin seçkilərə müdaxilə etməyə çalışması ilə bağlı iddialarını rədd edib.

“Report” xəbər verir ki, bu barədə “TASS”a Çinin ABŞ-dakı səfirliyinin mətbuat katibi Liu Penyuy deyib.

“Çinin Amerika seçkilərinə nə marağı, nə də onlara müdaxilə etmək niyyəti yoxdur. Bu ittihamların heç bir faktiki əsası yoxdur və Çinə yönəlmiş zərərli spekulyasiyalarla doludur. Çin ABŞ seçkilərinə Çinin müdaxiləsi ritorikasına qətiyyətlə qarşıdır ”, - deyə o bildirib.

O, Çinin ABŞ-ın seçki məsələsində mövqeyinin ardıcıl və aydın olduğunu bildirib: “Eyni zamanda ümid edirik ki, Amerika tərəfi seçkilər zamanı Çinə qarşı ittihamlar səsləndirməyəcək”.

Qeyd edək ki, ABŞ Milli Kəşfiyyat direktorunun ofisinin nümayəndəsi bildirib ki, Rusiya, İran və Çin də daxil olmaqla bir neçə dövlət Amerika seçkilərinin nəticələrinə təsir etmək istəyirlər.


Вернуться назад