Главная > Dünya > FTB Nyu-York merinin iki müavininin evində axtarış aparıb
FTB Nyu-York merinin iki müavininin evində axtarış aparıb6-09-2024, 12:11. Разместил: azadses |
ABŞ-nin Federal Təhqiqatlar Bürosunun (FTB) əməkdaşları Nyu-York meri Erik Adamsın yaxın iki köməkçisinin evlərində axtarış aparıblar. “Report”un məlumatına görə, bu barədə “ABC News” telekanalı mənbəyə istinadən xəbər verib. Hamilton-Xaytsda merin birinci müavini Şina Raytın və Hollisdə merin sədrinin ictimai təhlükəsizlik üzrə müavini Fil Benksin evlərində axtarışlar federal araşdırma çərçivəsində aparılıb. "Müstəntiqlər bizə merin və ya işçilərinin hər hansı istintaqın obyekti olduğunu açıqlamadılar", - merin baş vəkili Lisa Zornberq deyib. Вернуться назад |