Главная > Dünya > İsrail: ABŞ-nin HƏMAS liderlərinə qarşı ittihamları “terrora qarşı güclü siqnal”dır

İsrail: ABŞ-nin HƏMAS liderlərinə qarşı ittihamları “terrora qarşı güclü siqnal”dır


6-09-2024, 08:54. Разместил: azadses
İsrail Fələstinin radikal HƏMAS hərəkatının liderlərinə qətl ittihamı irəli sürmək qərarına görə ABŞ-yə minnətdardır, bu qərar "terrora qarşı güclü siqnal" oldu.

"Report"un məlumatına görə, bu barədə İsrailin xarici işlər naziri İsrael Katz “X” sosial şəbəkəsində yazıb.

"Mən ən böyük müttəfiqimiz və dostumuz olan ABŞ-yə HƏMAS liderlərinə qarşı terror ittihamı irəli sürmək üçün qətiyyətli addımına görə təşəkkür etmək istəyirəm. Bu, xüsusilə də HƏMAS-ın Qəzzada altı girovu vəhşicəsinə öldürdükdən sonra terrora qarşı güclü mesaj verir. Bu ittihamların irəli sürülməsi. ədalətə və vətəndaşlarımızın təhlükəsizliyinə sadiqliyimizi bir daha təsdiqləyir”, - paylaşımda qeyd edilir.


Вернуться назад