Главная > Dünya > Papua-Yeni Qvineyanın şimalında güclü zəlzələ olub
Papua-Yeni Qvineyanın şimalında güclü zəlzələ olub5-09-2024, 11:19. Разместил: azadses |
Papua-Yeni Qvineyanın şimal sahilində 6,2 maqnitudalı zəlzələ qeydə alınıb. "Report" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Bildirilib ki, təbii fəlakətin episentri təxminən 18,2 min nəfərin yaşadığı Vevak şəhərindən 69 km şimal-şərqdə olub. Sunami təhlükəsi elan olunmayıb. Tələfat və dağıntılar barədə məlumat verilməyib. Вернуться назад |