Главная > Dünya > Amerika Erməniləri Milli Komitəsi terrorçuluğun müxtəlif formalarını davam etdirir

Amerika Erməniləri Milli Komitəsi terrorçuluğun müxtəlif formalarını davam etdirir


3-09-2024, 12:10. Разместил: azadses
Mərkəzi ABŞ-nin Nyu York ştatında yerləşən erməni lobbisinin ən böyük siyasi təşkilatı olan Amerika Erməniləri Milli Komitəsi (ANCA) terrorçuluğun müxtəlif formalarını öz fəaliyyətlərində davam etdirir.

"Report"un ABŞ bürosu xəbər verir ki, ANCA və Erməni İnqilabi Federasiyasının (ARF) aktiv üzvlərindən olan Aram Brunson ABŞ-da fəaliyyət göstərən azərbaycanlı diplomatlara qarşı terror aktı törətməyi planlaşdırıb.

Bu barədə Azərbaycanın ABŞ-dəki səfirliyinin rəsmi “X” səhifəsində paylaşılan məlumatda qeyd olunur. Məlumatda ANCA və ARF-nin ABŞ-dakı terror fəaliyyətinin qədim tarixi olduğu və azərbaycanlılara qarşı açıq nifrət bəslədiyi qeyd olunur: “ANCA və ARF üzvü Aram Brunson ABŞ-da Azərbaycan diplomatlarına qarşı terror aktı törətməyi planlaşdırıb. ANCA və ARF-nin ABŞ-dakı terror fəaliyyətinin uzun tarixini və azərbaycanlılara qarşı qədim nifrətini nəzərə alsaq, azərbaycanlı diplomatları təhlükə altındadırmı?".


Вернуться назад