Главная > Dünya > Ermənistanda əsgərin intiharının bəzi təfərrüatları məlum olub

Ermənistanda əsgərin intiharının bəzi təfərrüatları məlum olub


3-09-2024, 09:41. Разместил: azadses
Ermənistanın İstintaq Komitəsi ölkənin Silahlı Qüvvələrinin əsgəri Edqar Aleksanyanın ölümünün bəzi təfərrüatlarını açıqlayıb.

Bu barədə “Report” yerli mətbuata istinadən xəbər verir.

Bildirilir ki, onun meyiti döyüş mövqeyində aşkarlanıb. İlkin məlumata görə, çənə nahiyəsində atəşi hərbçi özü açıb.

Meyitin üzərində başqa zorakılıq əlamətləri aşkarlanmayıb. Məhkəmə-tibbi ekspertizası təyin edilib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Daha əvvəl Ermənistanın Müdafiə Nazirliyi yayıb sentyabrın 2-də səhər saatlarında hərbi hissələrdən birində Edqar Aleksanyanın meyiti aşkarlandığını xəbər verib. Qeyd edilir ki, əsgərin üzərində güllə yarası olan meyiti hərbi hissələrdən birinin təhlükəsizlik zolağında aşkarlanıb.


Вернуться назад