Главная > Dünya > Konqoda silahlıların hücumu nəticəsində 10 nəfər həlak olub

Konqoda silahlıların hücumu nəticəsində 10 nəfər həlak olub


3-09-2024, 08:00. Разместил: azadses
Konqo Demokratik Respublikasının şərqindəki Nizi şəhərində “Zair” qruplaşmasının silahlıları beşi əsgər də daxil olmaqla azı 10 nəfəri öldürüb.

"Report" xəbər verir ki, bu barədə "Agensy Frans Presse" ordunun İturi əyalətindəki nümayəndəsi leytenant Jül Nqonqoya istinadən məlumat yayıb.

"Zaire/İturinin Xalq Özünümüdafiə Cəbhəsi" qrupu 2019-cu ildə yaradılıb və əsasən Hima xalqını təmsil edir. İturi əyalətində yaşayan lendu və hima xalqları arasında icmalararası gərginlik ötən əsrin əvvəllərinə təsadüf edir. Lendu xalqını isə “Konqonun İnkişafı naminə Kooperativi” təmsil edir.


Вернуться назад