Главная > Dünya > Havay ştatında silahlı insidentdə 4 nəfər ölüb

Havay ştatında silahlı insidentdə 4 nəfər ölüb


2-09-2024, 16:31. Разместил: azadses
ABŞ-nin Havay ştatında atışma nəticəsində 4 nəfər ölüb, daha iki nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə “Associated Press” ərazi polisinə istinadən məlumat yayıb.

Məlumata görə, hadisə qonşular arasında mübahisə zəminində baş verib. Bu zaman cinayətkar tapançadan atəş açıb və üç nəfəri öldürüb, lakin özünü də ev sakinlərindən biri güllələyib. Atıcını öldürən şəxs daha sonra polis tərəfindən saxlanılıb və ikinci dərəcəli qətldə ittiham olunub.

Yaralılar xəstəxanaya yerləşdirilib və onların vəziyyəti ağırdır.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.


Вернуться назад