Главная > Dünya > İsrail ordusu Hizbullah hədəflərinə yeni silsilə hava zərbələri endirib

İsrail ordusu Hizbullah hədəflərinə yeni silsilə hava zərbələri endirib


2-09-2024, 15:43. Разместил: azadses
İsrail Hərbi Hava Qüvvələri Livanın cənubundakı Hizbullah hərbi hədəflərinə yeni silsilə hücumlar həyata keçirib.

“Report” xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, bir müddət əvvəl ölkənin cənubundakı Livanın Bint-Cbeil qəsəbəsi ərazisində Hizbullah silahlı qüvvələrinin reaktiv yaylım atəşi sistemi və hərbi infrastruktur obyektlərinə hava zərbəsi endirilib.

Qurumun məlumatına görə, gün ərzində İsrail Hərbi Hava Qüvvələri Livanın cənubundakı Beyt Lif, Əl-Edeysa və Əl-Teibi kəndləri yaxınlığındakı Hizbullah hərbi hədəflərinə də hücum edib.

Bundan başqa, İsrail artilleriyası Livanın cənubundakı Kfar Şuba və Şeba bölgələrini atəşə tutub.


Вернуться назад