Главная > Dünya > İsraildə iğtişaşlardan sonra etiraz aksiyasında 29 nəfər saxlanılıb

İsraildə iğtişaşlardan sonra etiraz aksiyasında 29 nəfər saxlanılıb


2-09-2024, 14:00. Разместил: azadses
Təl-Əvivdə 6 girovun cəsədinin tapılması fonunda kütləvi etiraz və iğtişaşlardan sonra 29 nəfər saxlanılıb.

“Report” xəbər verir ki, bu barədə İsrail polisinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, saxlanılanlar hüquq-mühafizə orqanlarının əməkdaşları ilə toqquşmaya girib, yollarda hərəkəti bağlayıb, ictimai asayişi pozublar.

“İndi bütün yollar etirazçılardan təmizlənib, nəqliyyatın hərəkəti tədricən bərpa olunur”, – polis əlavə edib.


Вернуться назад