Главная > Dünya > Türkiyədə polis əməkdaşlarını daşıyan mikroavtobus qəzaya uğrayıb, yaralılar var

Türkiyədə polis əməkdaşlarını daşıyan mikroavtobus qəzaya uğrayıb, yaralılar var


2-09-2024, 13:03. Разместил: azadses
Türkiyənin Əskişəhər şəhərində polis əməkdaşlarını daşıyan mikroavtobusun qəzaya uğraması nəticəsində 14 nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Bildirilib ki, olay Afyonkarahisar – Əskişəhər magistralında baş verib. Belə ki, sözügedən istiqamət üzrə hərəkət edən mikroavtobus yoldan çıxaraq maneəyə çırpılıb.

Qeyd olunub ki, yaralılar Əskişəhər Osmanqazi Universiteti Xəstəxanasına çatdırılıb.
Вернуться назад