Главная > Dünya > Sumıya edilən hücumda dördü uşaq olmaqla 13 nəfər yaralanıb

Sumıya edilən hücumda dördü uşaq olmaqla 13 nəfər yaralanıb


2-09-2024, 12:10. Разместил: azadses
Rusiyanın Ukraynanın Sumı vilayətinin mərkəzinə endirdiyi zərbə zamanı dördü uşaq olmaqla 13 nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə Ukraynanın Milli Polisi məlumat yayıb.

Polisin məlumatına görə, bir təhsil müəssisəsi və ən azı beş beşmərtəbəli binaya ziyan dəyib.

Bundan əvvəl Sumı vilayətinin orqanları hücum nəticəsində yaşayış binaları arasında yerləşən uşaqların sosial-psixoloji reabilitasiyası mərkəzinin zədələndiyini bildirmişdilər.

Səlahiyyətlilər həmçinin Sumıdakı sənaye müəssisələrinə üç idarə olunan bombanın atıldığını, onlardan birində bir işçinin yaralandığını qeyd ediblər.


Вернуться назад