Главная > Dünya > Putin son 10 ildə ilk dəfə Tıva Respublikasına səfər edir

Putin son 10 ildə ilk dəfə Tıva Respublikasına səfər edir


2-09-2024, 11:19. Разместил: azadses
Rusiya Prezidenti Vladimir Putin Tıva Respublikasının paytaxtı Qızıla gəlib. Dövlət başçısı son 10 ildə ilk dəfədir regiona səfər edir.

“Report” TASS-a istinadən xəbər verir ki, Prezident Putinin “Vacib şeylər haqqında söhbət” açıq dərsi keçirəcəyi bazar ertəsi açılan Vətən Qəhrəmanları adına 20 nömrəli məktəbə baxış keçirməyi planlaşdırır.

Ölkə başçısı həmçinin Tıvanın inkişafı ilə bağlı müşavirə keçirəcək və respublikanın rəhbəri Vladislav Xovalıqla görüşəcək.

Putin həmçinin 10 il əvvəl açılmış Qızıl Prezident Kadet Məktəbinə və Rusiyanın müasir tarixində tikilmiş ilk Buddist monastırı olan Tubten Şedrub Linqi ziyarət etməyi planlaşdırır.


Вернуться назад