Главная > Dünya > "Milan" heyətini yeni hücumçu ilə gücləndirib

"Milan" heyətini yeni hücumçu ilə gücləndirib


1-09-2024, 18:02. Разместил: azadses
İtaliyanın "Milan" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Oxu.Az xəbər verir ki, A Seriyası təmsilçisi "Roma"dan Temmi Abrahamı icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İngiltərəli forvard 2024/2025 mövsümünü "Milan"ın heyətində keçirəcək.

Qeyd edək ki, "Roma" Temmi Abrahamı 2021-ci ilin yayında "Çelsi"dən transfer edib.


Вернуться назад