Главная > Dünya > ABŞ-də sərnişin avtobusu dəhşətli qəzaya uğradı: Çox sayda ölən və yaralanan var

ABŞ-də sərnişin avtobusu dəhşətli qəzaya uğradı: Çox sayda ölən və yaralanan var


1-09-2024, 17:10. Разместил: azadses
ABŞ-nin Missisipi ştatında sərnişin avtobusu yoldan çıxaraq aşıb. Nəticədə yeddi nəfər ölüb, 37 nəfər yaralanıb.

Oxu.Az xəbər verir ki, bu barədə NBC yerli yol polisinə istinadən məlumat yayıb.

Bildirilib ki, altı sərnişin yerindəcə həlak olub, yeddincisi isə xəstəxanada dünyasını dəyişib.

Ölənlərin hamısının Qvatemala vətəndaşları olduğu qeyd edilir. 37 yaralı xəstəxanalara çatdırılıb.

Polis əməkdaşları qəzanın səbəblərini araşdırır.

Amerika Birləşmiş Ştatları (ABŞ)

Вернуться назад