Главная > Dünya > ABŞ-da təyyarə evlərin olduğu əraziyə düşüb, ölənlər və yaralılar var

ABŞ-da təyyarə evlərin olduğu əraziyə düşüb, ölənlər və yaralılar var


1-09-2024, 13:55. Разместил: azadses
ABŞ-da “Cessna 421C” təyyarəsi Oreqon ştatının Fervyu qəsəbəsində yaşayış evlərinin olduğu əraziyə çırpılıb.

Bu barədə “Report” “Associated Press”ə istinadən xəbər verir.

Məlumata görə, hadisə Portlend-Troutdeyl hava limanı yaxınlığında baş verib. Qəza nəticəsində təyyarədə olan iki nəfər və bir şəhər sakini ölüb.

Maltnom qraflığının şerif ofisinin məlumatına görə, təyyarə qəzaya uğrayarkən elektrik dirəyinə çırpılıb və nəticədə yanğın baş verib.

Yanğın ən azı dörd evi əhatə edib, xəsarət alan iki nəfərə yardım göstərilib. Milli Nəqliyyat Təhlükəsizliyi Şurası qəzanın səbəblərini araşdırır.


Вернуться назад