Главная > Dünya > Xarici banklar Rusiyada filiallar aça biləcəklər

Xarici banklar Rusiyada filiallar aça biləcəklər


1-09-2024, 11:17. Разместил: azadses
Xarici banklara Rusiyada filial açmağa icazə verən, həmçinin onların fəaliyyətinə bəzi məhdudiyyətləri nəzərdə tutan qanun 2024-cü il sentyabrın 1-dən qüvvəyə minib.

“Report” xəbər verir ki, bundan əvvəl Rusiya Federasiyasında xarici kredit təşkilatlarının yalnız törəmə bankları və nümayəndəlikləri ola bilərdi.

Yeni qanunvericilik normalarına əsasən, xarici bankın filialı hüquqi şəxslərə bank hesabları açıb apara, hüquqi şəxslərin adından vəsait köçürə, müxbir banklar da daxil olmaqla, hüquqi şəxslərə pul vəsaitlərinin, veksellərin, ödəniş və hesablaşma sənədlərinin inkassasiyasını və kassa xidmətlərini həyata keçirə biləcək.

O, həmçinin zəmanət və zaminlik təqdim edəcək, kirayə üçün xüsusi binalar, sənədlərin və qiymətlilərin saxlanması üçün seyflər verəcək, lizinq əməliyyatları aparmaq, məsləhət və məlumat xidmətləri göstərə biləcək.

Qanunun məqsədi izahat qeydində qeyd olunduğu kimi, beynəlxalq ödənişlər sisteminin inkişafına və xarici investisiyaların cəlb edilməsinə şərait yaratmaqdır. Rusiya Bankı xarici bankların filiallarının fəaliyyətinə nəzarət edəcək.


Вернуться назад